"ELEKTRON TƏHSİL" RESPUBLİKA MÜSABİQƏSİ
Menu

Xəbərlər

TƏHSİL NAZİRLİYİ “ELEKTRON TƏHSİL” RESPUBLİKA MÜSABİQƏSİNİN QALİBLƏRİINİ ELAN ETDİ

3 şərh

TƏHSİL NAZİRLİYİ “ELEKTRON TƏHSİL” RESPUBLİKA MÜSABİQƏSİNİN QALİBLƏRİINİ ELAN ETDİ

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən “Elektron Təhsil” Respublika müsabiqəsinin qalibləri 29 dekabr tarixində elan edildi.

Hər il keçirilən bu müsabiqənin davamı olaraq, bu ildə müsabiqə 19 sentyabr 2016-cı il tarixdə başlamış və təqdim olunan layihələrin qəbulu 4 noyabr 2016-cı il tarixdə yekunlaşmışdır. Müsabiqəyə ümumilikdə 1313 layihə təqdim olunmuşdur. Bunlardan 93-ü müsabiqənin şərtlərinə uyğun olmadığından qəbul edilməmişdir.

Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarının, internet texnologiyalarının tədris prosesinə tətbiqini fəallaşdırmaq, təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni üsullarını öyrənmək, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.

Müsabiqə aşağıdakı 3  istiqamət və 6 nominasiya üzrə təşkil olunmuşdur:

Müəllim istiqaməti üzrə:

         Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı resurs;

         Təhsildə ən yaxşı İnternet resursları;

         Tədris üçün ən yaxşı elektron metodiki tövsiyə/sənəd;

        Məsafədən (distant) keçirilən ən uğurlu dərs metodikası.

Şagird istiqaməti üzrə:

         Tədrisdə istifadə üçün ən yaxşı elektron resurs.

Məktəb istiqaməti üzrə:

         Ən zəngin məzmunlu məktəb saytı.

Müsabiqənin şəffaflığını təmin etmək məqsədilə qiymətləndirmə mərhələləri onlayn təşkil edilmiş, qəbul edilən işlər üzrə onlayn müzakirələrə şərait yaradılmış, ekspert və münsif heyəti müsahibə əsasında müəyyən olunmuşdur. Müsabiqənin I mərhələsinə təqdim edilən 1313 işdən 1220 iş II mərhələyə ekspertlər tərəfindən qiymətləndirilməyə təqdim olunmuş və nəticədə 325 iş nominant olaraq III mərhələyə keçmişdir. III mərhələyə keçən işlər münsiflər tərəfindən onlayn olaraq qiymətləndirilərək 23 qalib və 24 fərqlənən müəyyən edilmişdir.

“Elektron Təhsil” Respublika müsabiqəsinin qalibləri aşağıdakilardır:

“Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı resurs” nominasiyası üzrə I yerə Hümbətova Olqa (Bakı Avropa liseyi), II yerə Məmmədova Vəfa (Bakı şəhəri, 155 nömrəli tam orta məktəb),  III yerə isə iki iştirakçı Əliyev Üzeyir (M.İbrahimov adına Biləsuvar Bağça-Məktəb Lisey Kompleksi) və Abbasova Gülnarə (Bakı şəhəri 122 nömrəli ümumi orta məktəb) layiq görülmüşdür.  

“Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası üzrə I yerə qrup şəklində iş təqdim etmiş  İmanova Arzu və Rəcəbli Ruslan (Sumqayıt şəhəri Yusif Məmmədəliyev adına 31 nömrəli məktəb),  II yerə iki iştirakçı Əliyev Vəli (Quba rayonu Rustov kənd tam orta məktəbi) və Əliyev Seyran (Lənkəran rayonu Boladi kənd Nahir Axundov adına 1 nömrəli tam orta məktəb),   III yerə Ələkbərova Xalidə (Bakı şəhəri 267 nömrəli məktəb-lisey) layiq görülmüşlər.

“Məsafədən (distant) keçirilən ən uğurlu dərs metodikası” nominasiyası üzrə I yeri Mustafayeva Natəvan ( Mingəçevir çəhəri 4 nömrəli tam orta məktəb), II yerə iki iştirakçı İbrahimova Təranə (Bakı şəhəri 219 nömrəli evdə tam orta məktəb) və İbrahimova Aynur (İmişli rayonu 5 nömrəli məktəb-lisey), III yerə isə iki iştirakçı Şıxməmmədova Gülçin (Bakı şəhəri 219 nömrəli evdə tam orta məktəb) və İsmayılova Ülviyyə (Bakı şəhəri 55 nömrəli tam orta məktəb) layiq görülmüşlər.

“Tədris üçün ən yaxşı elektron metodiki tövsiyə/sənəd” nominasiyası üzrə II yerə iki iştirakçı Məmmədova Şirin (Bakı şəhəri 60 nömrəli məktəb) və Həsrətov Alqış (Qax rayonu Qorağan kənd tam orta məktəb), III yerə  isə iki iştirakçı Hüseynova Vüsalə (Bakı şəhəri  324 nömrəli tam orta məktəb) və Vəliyeva Gülnar (Ağdaş rayonu 2 nömrəli tam orta məktəb)  layiq görülmüşdür.

 “Tədrisdə istifadə üçün ən yaxşı elektron resurs” nominasiyası üzrə I yerə Ramazanzadə Hüseyn (Bakı şəhəri İ.Məmmədov adına 261 nömrəli məktəb-lisey), II yerə Bayramov Eyvaz (Qusar rayonu 2 nömrəli tam orta məktəb), III yerə Əsədli Seyhun ( Şirvan şəhəri 11 nömrəli tam orta məktəb) layiq görülmüşdür.

“Ən zəngin məzmunlu məktəb saytı” nominasiyası üzrə I yerə Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyin saytı, II yerə Zaqatala rayonu Akademik Zərifə Əliyeva adına Texniki fənlər təmayüllü liseyin saytı, III yerə isə Astara rayonu Nail Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbin saytı layiq görülmüşdür.

“Elektron Təhsil” Respublika müsabiqəsinin fərqlənənləri aşağıdakilardır: 

“Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı resurs” nominasiyası üzrə fərqlənənlər Abdullayeva Məlahət, Əliyev Nəsimi, Şahnazova Qənirə, Baxşıyeva Reyhan, Əsgərov İntiqam, Şəfiyev Elnur, Xəlilova Yeganə, Abdullayeva Viktoriya.

“Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası üzrə fərqlənənlər Əliyeva Leyli, Əliyeva Zülfiyyə, Laçınova Aynur, Məmmədova Xəyalə.

“Məsafədən (distant) keçirilən ən uğurlu dərs metodikası” nominasiyası üzrə fərqlənənlər Rəfizadə Sədiqə, Məmmədova Turanə, Əsədov Rauf.

“Tədris üçün ən yaxşı elektron metodiki tövsiyə/sənəd” nominasiyası üzrə fərqlənən Rzayeva Aytac.

“Tədrisdə istifadə üçün ən yaxşı elektron resurs” nominasiyası üzrə fərqlənənlər Hacıyeva Nəzrin, qrup şəklində iş təqdim etmiş Kərimov Möhlət və Nəsrullayev Murad, qrup şəklində iş təqdim etmiş Xəlilov Azər və Balayev Nurbəy, Quliyev Yasin, Abdinov Əhməd.

“Ən zəngin məzmunlu məktəb saytı” nominasiyası üzrə fərqlənənlər Bakı şəhəri Miryusif Yusifov adına 265 nömrəli tam orta məktəb, Bakı şəhəri 6 nömrəli məktəb-lisey, Bakı şəhəri 94 nömrəli tam orta məktəb.

Qaliblərə diplomlar, noutbuklar, planşetlər, printerlər və digər xüsusi mükafatlar təqdim olunmuşdur.

Müsabiqə  “AzEduNet”, “Ultra”, "Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil Mərkəzi, “Edumedia Azərbaycan” və “Nar” operatoru tərəfindən dəstəklənir.


Paylaş


Şərhlər

Rolandcharcker

16 Yan 2017 12:00

This is precisely what I require. I have never thought the selection representatives give careful consideration in online networking like that. It's fortunate that I have gorgeous profile in informal community. http://www.clazwork.com/index.php

Aynur

31 Dek 2016 19:00

Salam Bayramınız mübarək. Nominantlara sertifikat verilmir?

Hesen

31 Dek 2016 15:00

Salam Sagirdler uzre qalib teyin olunub  ?


Şərh əlavə et

CAPTCHA